Amerikalılar Trampdan razıdır? - SORĞU
ABŞ prezidenti Donald Trampın prezidentliyinin ilk 100 günü amerikalılar tərəfindən yaxşı qarşılanıb.
TodayPress xəbər verir ki, “NORC” mərkəzi sorğu keçirib.
Sorğuda 10 amerikalıdan 7-si Trampın fəaliyyətini gözlədikləri kimi qiymətləndirib.
İştirakçıların 44 faizi onun önəmli məsələlərə düzgün yanaşmadığını düşünür. 62 faiz isə ABŞ-nin Tramp dövründə səhv istiqamətdə hərəkət etdiyini bildirib.
Ümumilikdə isə hər 10 nəfərdən 4-ü Trampın prezidentliyindən razı qalıb.
Qeyd edək ki, sorğu aprelin 17-dən 21-dək keçirilib və 1200-dən çox amerikalı iştirak edib.
Türkan İsgəndərli
tag: ABŞ,Donald Tramp,Sorğu,Amerikalı,todaypress.az,