Amerikalılar Trampın idxal tariflərinə qarşıdır

Dünya

03.04.2025 17:51

2893

Amerikalıların yarıdan çoxu ölkəyə daxil olan bütün idxal mallarına tətbiq ediləcək yeni ticarət tariflərinə qarşıdır.   

TodayPress xəbər verir ki, bunu “YouGov” tədqiqat xidmətinin keçirdiyi sorğunun nəticələri göstərir. 

Amerikalıların 40%-i ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə qətiyyən razılaşmır, ölkə sakinlərinin daha 11%-i isə ümumilikdə bu qərarı bəyənmir.

Vətəndaşların 34%-i mövcud tarif siyasətini dəstəklədiyini bildirib.

Digər 15% isə baş verənləri qiymətləndirmək barədə hələ qərar verməyib. 

Eyni zamanda, amerikalıların 67%-i malların qiymətlərinin artacağını gözləyir.

Ölkə sakinlərinin yalnız 15%-i qiymətlərin eyni səviyyədə qalacağını, daha 4%-i isə ucuzlaşacağına inanır. 

Bu fonda, hər beşinci amerikalı artıq qiymətlərin tezliklə qalxacağını gözləyərək müəyyən məhsullardan bir neçə ədəd alaraq ehtiyat anbarına yığır. 

Bununla yanaşı, ölkə sakinlərinin 49%-nin belə planları yoxdur, daha 31%-i isə davranış strategiyası barədə qərar verməyib.

Qeyd edək ki, sorğu ABŞ-nin 3000 yaşlı sakini arasında keçirilib.   

Töhfə Səməd

tag: ABŞ,İdxal,Tarif,Sorğu,Todaypress.az,