Amerikalıların ən bəyənmədikləri prezident - SORĞU
Ağ Evin keçmiş lideri Cozef Bayden hazırda yaşayan bütün ABŞ prezidentləri arasında ən az bəyənilən ölkə başçısı seçilib.
TodayPress xəbər verir ki, bu barədə məlumat “Gallup” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində göstərilib.
Belə ki, amerikalıların 57 %-i Baydeni bəyənmədiyini, 39 %-i isə onun prezident kimi fəaliyyətinin yüksək səviyyədə olduğunu bildirib. Qalan 4 % isə cavab verməyib.
Eyni zamanda bildirilir ki, amerikalıların 59 %-i keçmiş prezident və Baydenin Demokratik Partiyasının müttəfiqi Barak Obamanın işini bəyənir. Lakin onların 36 % Obama haqqında mənfi fikirdədir.
Aysel Mətləb
tag: Ağ Ev,Cozef Bayden,ABŞ, Barak Obama,todaypress.az,