“Amerikanın Səsi” bərpa edilir

Dünya

03.05.2025 16:30

13

ABŞ Ədliyyə Nazirliyi “Amerikanın Səsi” radiosunun təxminən 1400 əməkdaşının işə qayıtmasına razılıq verib.

TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. 

Bildirilib ki, işə dönüş tədricən həyata keçiriləcək və bu müddətdə təhlükəsizlik, texniki avadanlıqların işlək vəziyyəti və ofis məkanının təşkili kimi məsələlər həll olunacaq. Artıq bəzi əməkdaşların iş e-poçt hesablarına çıxışı bərpa olunub.

Qiymət Mahir

tag: ABŞ ,ABŞ Ədliyyə Nazirliyi,Amerikanın Səsi,Radio,todaypress.az,