"An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş etdi
Qazaxıstanın
Arkalık şəhəri yaxınlığında qar fırtınası şəraitində "An-2” sanitar
təyyarəsi sərt eniş edib.Bu barədə Kostanay vilayətinin Fövqəladə Hallar
Departamenti məlumat yayıb.
"Bu
gün Kostanay-Arkalık reysi ilə uçan "An-2” tibbi təyyarəsi güclü qar
fırtınası şəraitində Arkalık şəhərindən 1,5 km məsafədə, hava limanı
yaxınlığında sərt eniş edib" məlumatda qeyd olunub.
"Təyyarədə
iki pilot və iki həkim olub.Xilasedicilərin
əlaqələndirilmiş və operativ fəaliyyəti sayəsində təyyarədə olan bütün şəxslər
tez bir zamanda aşkar edilərək Arkalık şəhərinə çatdırılıb. Xəsarət alan
yoxdur. Hadisənin təfərrüatları araşdırılır" qurumdan bildirilib.
tag: Qazaxıstan, Təyyarə, Qəza, An-2,Pilot, todaypress.az,