Analitik: “Rusiya, Çin və ABŞ gələcəkdə ittifaq quracaq”

Dünya

03.04.2025 10:34

1140

Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç gələcəkdə Rusiya, Çin və ABŞ-nin ittifaq quracağını proqnozlaşdırıb.   

TodayPress xəbər verir ki, o, bu fikrini “X” sosial şəbəkəsindəki paylaşımında bildirib. 

“Bu, müəyyən mənada ABŞ, Çin və Rusiyadan ibarət triumvirat olacaq, lakin tezliklə bu quruluş “Böyük güclər konsertinə” çevriləcək.

Hindistan da on il ərzində onlara qoşulacaq. Ardınca başqaları gələcək. 50 ildən sonra biz 4–7 böyük gücdən ibarət sistemə doğru irəliləyəcəyik.

Rahat olun. Hər şey yaxşı olacaq (Avropa istisna olmaqla)” deyə Koşkoviç yazıb. 

Qiymət Mahir

tag: Rusiya,Çin,ABŞ,Macarıstan,Todaypress.az,