Andrey Yermak Parisə gəldi

Dünya

17.04.2025 12:25

13

Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Parisə gəlib və burada ABŞ nümayəndələri ilə görüşməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat verib.

"Parisdə yenicə eniş etdik. Xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerovla birlikdə gəldik... Hazırda Fransada olan ABŞ nümayəndələri ilə görüşlər planlaşdırılır" Yermak paylaşıb. 

O qeyd edib ki, görüşlərdə Ukrayna və bütün Avropa üçün mühüm təhlükəsizlik məsələləri müzakirə olunacaq.

tag: Ukrayna,Andrey Yermak,Fransa,Paris,Todaypress.az,