Ankara: Türkiyə HƏMAS-a təzyiq göstərməyib

Dünya

28.04.2025 15:35

7

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, Türkiyə HƏMAS-ı atəşkəslə bağlı güzəştə getməyə məcbur etməyib. 

TodayPress xəbər verir ki, Keçeli İsrail mediasında bu barədə yayılan iddiaları təkzib edib.

Qeyd edək ki, aprelin 27-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada HƏMAS nümayəndələri ilə görüşərək, İsraillə atəşkəs danışıqlarının vəziyyətini müzakirə edib.

HƏMAS tərəfi daimi atəşkəsə sadiq qaldıqlarını bildirib. Fidan isə Türkiyənin Qəzzada sülhün təmin olunması üçün beynəlxalq və ikitərəfli səylərini davam etdirdiyini vurğulayıb.

Qiymət Mahir

tag: Ankara,Türkiyə,HƏMAS,Hakan Fidan,todaypress.az,