Ankarada ağır qəza - Yaralılar var

Dünya

03.03.2025 23:44

2366

Türkiyədə Adanadan paytaxta doğru hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək beton dirəyə çırpılıb.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, qəza baş verən an avtobusda 32 sərnişin olub. Hadisə nəticəsində 16 nəfər xəsarət alıb, sərnişinlərdən beş nəfərin vəziyyəti ağırdır.

Hadisə baş verən əraziyə polis və tibbi briqadalar cəlb olunub.

Aynur TAC

tag: Türkiyə, Adana, Paytaxt, Ankara, Qəza, Yaralı, todaypress.az,