Ankarada saxta içkidən ölənlərin sayı 38-ə çatdı
Ankarada saxta spirtli içkidən ölənlərin sayı 38 nəfərə çatıb.
TodayPress bu
barədə Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir.
Bildirilib ki, hazırda reanimasiya şöbələrində 32 nəfər
müalicə alır, daha 33 nəfər xəstəxanadan evə buraxılıb.
Türkiyədə saxta alkoqollu içkilərin istehsalında
ittiham olunan 19 nəfər həbs olunub.
Bundan
əvvəl İstanbulda saxta spirtli içkilərdən 70 nəfər dünyasını dəyişmişdi.
Aynur TAC
tag: Ankara, İçki, Saxta, Türkiyə, Ölüm, todaypress.az,