Ankarada saxta spirtli içkidən ölənlərin sayı 59-a çatdı
Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkidən ölənlərin sayı 59-a çatıb.
TodayPress xəbər verir ki, bu barədə “NTV” telekanalı məlumat yayıb.
Reanimasiyada olan xəstələrin sayı isə 35-dir.
Nəşr bildirir ki, Ankara Baş Prokurorluğu tərəfindən davam edən istintaq çərçivəsində saxta spirtli içkilərin istehsalı və satışı ilə bağlı 28 şübhəli həbs edilib, 25 nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Aysel Mətləb
tag: Türkiyə,Ankara,Spirtli içki,Dünya,todaypress.az,