Anna Yevstiqneyeva: BMT sülhməramlı strategiyaları yenidən nəzərdən keçirməlidir
BMT-nin
sülhməramlı missiyaları hazırda həyata keçirildiyi kimi işləmir və yenidən
qiymətləndirilməlidir.
TodayPress xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Anna
Yevstiqneyeva bildirib.
"BMT-nin
fəaliyyətinin sülhməramlı və siyasi aspektlərinə yenidən baxılmalı,
təkmilləşdirilməli və real yanaşmalara qaytarılmalıdır" o, açıq müzakirədə
vurğulayıb.
"Biz
inanırıq ki, təşkilat ölkələrə münaqişənin qarşısını almaq, sülh sazişləri
imzalamaq, onlara riayət olunmasını asanlaşdırmaq və sülhün bərqərar olmasına
kömək etmək üçün 80 illik fəaliyyəti ərzində kifayət qədər təcrübə və alətlər
toplayıb. Yarana biləcək istənilən vəziyyət üçün unikal həll yolu tapmaq
olar" o əlavə edib.
Aynur TAC
tag: BMT,Sülhməramlı,Missiya, Rusiya, todaypress.az,