Antarktidada ilk dəfə mikroplastik aşkarlandı
Antarktidanın qarlarında ilk dəfə mikroplastik hissəciklər tapılıb.
TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, bu, Antarktidada mikroplastikin ilk aşkarlanmasıdır. Daha əvvəl qitədə tətbiq olunan sərt nəzarət qaydaları bu cür çirklənmənin qarşısını alırdı.
Ekoloq-okeanoloq Klara Manno bildirir ki, çirklənmənin mümkün mənbələri arasında ekspedisiya üzvlərinin geyindiyi üst geyimlər, eləcə də düşərgə ərazisində təhlükəsiz marşrutları işarələmək üçün istifadə edilən kəndirlər və bayraqlar ola bilər.
Bununla yanaşı, alimlər mikroplastikin artıq insan beynində də ciddi şəkildə toplandığını bildirirlər. Son 8 il ərzində beynimizdəki mikroplastik konsentrasiyası 50% artıb.
Hətta bəzi tədqiqatlar beynimizdəki plastik hissəciklərin qaraciyər və böyrəklərimizdə olduğundan daha çox olduğunu göstərib.
Qiymət Mahir
tag: Antraktida, Mikroplastik ,İnsan,Klara Manno ,Todaypress.az,