Antonio Koşta: “Rusiya təhlükəsi bütün qitəni əhatə edir”

Dünya

19.03.2025 10:56

1180

Avropa Şurasının prezidenti Antonio Koşta Avropa ölkələrini Rusiyadan gələn təhlükəni qiymətləndirməyə çağırıb. Onun sözlərinə görə, bu təhlükə təkcə Rusiyanın qonşularını deyil, bütün qitəni əhatə edir.

TodayPress xəbər verir ki, bu barədə Almaniyanın “N-tv” kanalı məlumat yayıb.

“Əlbəttə, Rusiyaya yaxın ölkələr daha çox narahatdır, bu aydındır. Ancaq qarşılaşdığımız təhlükə hamımıza təsir edir” deyə Koşta bildirib. 

O, qeyd edib ki, məhz bu səbəbdən Avropa Ukraynanı dəstəkləməyə davam edir.

Onun fikrincə, Ukraynanın müdafiəsi Avropanın təhlükəsizlik maraqlarına xidmət edir.

Qiymət Mahir

tag: Antonio Koşta,Avropa Şurası,Rusiya,Təhdid,Todaypress.az,