Antonio Quterreş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik etdi
BMT Baş katibi Antonio
Quterreş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib və
onlara ən xoş arzularını çatdırıb.
TodayPress-in məlumatına
görə, o, müharibə, münaqişə və ya məcburi köçkünlük səbəbindən bayramı ailələri
ilə birlikdə qeyd edə bilməyən bir çox müsəlmanları da ürək ağrısı ilə
xatırladığını bildirib.
“Bu bayram
həmrəylik və mərhəmətin dəyərləndirilməsi üçün fürsətdir və ümid edirəm ki, bu
fürsət insanları bu dəyərləri reallaşdırması üçün bir araya gətirəcək” deyə Baş katib əlavə edib.
tag: Quttereş, Ramazan, Bayram, Təbrik, Müsəlman, todaypress.az,