Antonio Tayani Marko Rubio ilə əlaqə saxladıqlarını təsdiqlədi
İtaliyanın xarici işlər naziri Antonio Tayani ABŞ dövlət katibi Marko Rubio ilə əlaqə saxladıqlarını təsdiqləyib.
TodayPress
xəbər verir ki, bu barədə “BBC” məlumat
yayıb.
Tayaninin sözlərinə görə, söhbətə Böyük
Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri, eləcə də Aİ-nin xarici
siyasət xidmətinin rəhbəri Kaya Kallas da qoşulub. Rubio onlara Ər-Riyadda
Rusiya nümayəndə heyəti ilə keçirdiyi görüşün detalları barədə məlumat verib.
İtaliya XİN rəhbəri bildirib ki, Avropa
İttifaqı yalnız sanksiyalar məsələsi müzakirə olunacağı halda danışıqlarda
iştirak edəcək:
“Rubionun sözləri çox aydın idi. Avropa
danışıqlarda iştirak edəcək, çünki biz Rusiyaya qarşı sanksiyalar tətbiq
etmişik və onlar qüvvədə qalır. Sanksiyalar və onları tətbiq edən ölkələr masada yoxdursa, danışıqlardan söhbət gedə bilməz” Tayani
vurğulayıb.
ABŞ Dövlət Departamenti söhbətin baş tutduğunu və əsas mövzunun Rusiyayla danışıqlar olduğunu təsdiqləsə də, Avropa ölkələrinin prosesə qoşulacağına dair heç bir öhdəlik götürmədiyini bəyan edib.
Qiymət Mahir
tag: İtaliya,Antonio Tayani , ABŞ,Marko Rubio,todaypress.az,