AP: “Avropa İttifaqı Moldovaya yardımı dayandıracaq”
“Moldova parlament seçkilərindən sonra ölkədə Avropa yönümlü olmayan partiyalar hakimiyyətə gələrsə, Avropa İttifaqı (Aİ) maliyyə yardımını dayandıracaq”.
TodayPress xəbər verir ki, bunu Avropa Parlamenti deputatı Ziqfrid Mureşan “Pro TV” telekanalına bildirib.
Mureşan qeyd edib ki, maliyyə yardımı Moldovanın vətəndaşlarına verilməli və müəyyən qaydalara riayət olunmaqla sürətli şəkildə çatdırılmalıdır. O, vurğulayıb ki, Kişinyovda Avropa yönümlü hökumət olduğu müddətcə maliyyə yardımı davam edəcək. Lakin əgər hökumət müəyyən edilmiş şərtləri yerinə yetirməsə, Avropa İttifaqı bu yardımı təmin edə bilməyəcək.
Qiymət Mahir
tag: Moldova ,Avropa,Aİ,Parlament,Ziqfrid Mureşan,