AP sədri: "Aİ mövqeyini gücləndirməsə, itirməyə davam edəcək"
Avropa Parlamentinin sədri Roberta Metsola hesab edir ki, ABŞ ilə münasibətlərdə artan gərginlik fonunda Avropa İttifaqı (Aİ) genişlənməli, o cümlədən Ukrayna, Moldovanı və Qərbi Balkanları qəbul etməlidir.
TodayPress xəbər verir ki, o, bu mövqeyini "Euractiv" portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-nin dünya səhnəsinə təsiri azaldığından Aİ bundan istifadə edib genişlənməlidir.
Metsola icmanın mümkün genişlənməsini “geosiyasi zərurət” adlandırıb və xəbərdarlıq edib ki, Aİ Ukrayna, Moldova və Qərbi Balkanları inteqrasiya edə bilməsə, boşluğu başqaları dolduracaq.
Metsola hesab edir ki, Avropa birliyi yeni dövlətləri inteqrasiya etməklə liderlik nümayiş etdirməlidir ki, tərəfdaşlar, xüsusən də ABŞ Aİ-ni ciddi qəbul etsinlər.
"Son 10 ildə Aİ qazandığından daha çox üzv itirdi. Biz səylərimizi gücləndirməsək, başqalarını da itirəcəyik" deyə o əlavə edib.
"Euractiv" qeyd edir ki, Avropa Parlamenti prezidentinin çağırışı transatlantik münasibətlərdə gərginliyin artması fonunda Brüssel və Vaşinqtonun ticarət siyasəti və təhlükəsizlik məsələlərinə baxışlarının fərqli olduğu bir vaxta təsadüf edir.
Töhfə Səməd
tag: Avropa,Parlament,Sədr,Roberta Metsola,Todaypress.az,