"Apple" Britaniyanı məhkəməyə verdi
"Apple" Böyük Britaniyanı məhkəməyə verib.
TodayPress xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Məlumata görə, martın əvvəlində "Apple" Britaniyada təhlükəsizlik xidmətləri ilə bağlı şikayətlərə baxan müstəqil məhkəmə orqanı İstintaq Tribunalına şikayət edib.
Buna səbəb Britaniya istifadəçilərdən şifrələməni söndürməyi tələb etməsi olub.
Bu da onların şəxsi məlumatlarını təhlükə altında qoyub. Şirkətin müraciətinə mart ayı ərzində baxılacağı bildirilib.
Türkan İsgəndərli
tag: Apple, Cərimə, Böyük Britaniya, Təzminat,Məhkəmə,Todaypress.az,