“Apple” gənc proqramçılara dəstəyini artırır

Dünya

26.03.2025 16:12

2834

ABŞ-nin texnologiya nəhəngi “Apple” Çində yeni nəsil proqramçılara dəstəyini genişləndirir. 

TodayPress xəbər verir ki, şirkət Çjetszyan Universitetinə 30 milyon yuan (təxminən 4,18 milyon ABŞ dolları) məbləğində ianə ayırdığını açıqlayıb.

“Apple”ın baş direktoru Tim Kuk bu açıqlamanı martın 26-da universitetə etdiyi səfər zamanı verib:

“Hesab edirik ki, proqramlaşdırma insanlara tamamilə yeni yollarla yaratmaq, ünsiyyət qurmaq və problemləri həll etmək imkanı verən güclü vasitədir”  deyə o bildirib.

Kuk qeyd edib ki, “Apple” Çjetszyan Universiteti ilə onillik tərəfdaşlığını genişləndirərək gənc proqramçılara yenilikçi tətbiqlər yaratmaq və dinamik bizneslər qurmaq üçün zəruri bacarıqları qazandırmaq niyyətindədir. Şirkətin yaydığı açıqlamaya görə, yeni fond tələbələri sənaye liderləri və investorlarla birləşdirəcək.

Tələbələr seminarlar, təcrübə proqramları və mentorluq vasitəsilə biznes yönümlü təlimlər alacaqlar ki, bu da onların “iOS” tətbiqləri bazarında və digər sahələrdə uğur qazanmalarına kömək edəcək.

“Apple” Tətbiq İnkubasiya Fondu yaradılacaq. Bu fond çərçivəsində tələbələrə tətbiq inkişafı, məhsul dizaynı, marketinq və biznes idarəçiliyi sahələrində ixtisaslaşdırılmış tədris proqramları təqdim olunacaq. 

Qiymət Mahir

tag: APPLE,ABŞ,Şirkət,Dəstək,Todaypress.az,