“Apple” Meksika körfəzinin adını dəyişdi
“Google” şirkətindən sonra “Apple” şirkəti də ABŞ-dəki istifadəçilər üçün hazırladığı xəritələrdə Meksika körfəzinin adını Amerika olaraq dəyişib.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumatda bildirilib ki, şirkətin bütün qurğularındakı “Xəritələr” tətbiqində körfəzin adı dəyişdirilib.
Dəyişikliyin hələlik yalnız ABŞ-də yaşayan istifadəçilər üçün olduğu qeyd edilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin adının “Amerika körfəzi” olaraq dəyişdirilməsi ilə bağlı fərman imzalamışdı.
Nicat Osman
tag: Apple,Körfəz,ABŞ,Google Maps,Meksika,Todaypress.az,