"Apple" telefonlarını satışdan çıxarır
Amerikanın “Apple” şirkəti 64 giqabayt daxili yaddaşa malik avadanlıqların satışını dayandırıb.
TodayPress xəbər verir ki, bu barədə "MacRumors" məlumat yayıb.
Bildirilib ki, martın 4-də "Apple" 11-ci nəsil "iPad"i təqdim edib.
Əsas versiyada adi 64 giqabayt əvəzinə planşetdə 128 giqabayt daxili yaddaş yer alıb.
Ekspertlərin fikrincə, "Apple" bununla da 64 giqabayt yaddaşa malik cihazların satışını tamamilə dayandırıb.
Şirkət bundan əvvəl də mini "iPhone"ları bazardan çıxarmağı qərarı almışdı.
Türkan İsgəndərli
tag: Apple,İphone,Satış,iPad,Todaypress.az,