“Apple”ın əsas konfransının rəsmi tarixi açıqlandı
“Apple” şirkətinin təşkil etdiyi “WWDC” tərtibatçı konfransı 2025-ci il iyunun 9-dan 13-dək keçiriləcək.
TodayPress xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
Bildirilib ki, bu konfransda “iOS 19” və digər şirkət inkişafları təqdim olunacaq.
Həmçinin konfransda “Apple”ın “iOS 19”, “iPadOS 19” və “macOS 16” əməliyyat sistemləri üçün “visionOS” dizaynından ilhamlanan əhəmiyyətli dərəcədə yenidən işlənmiş interfeys təqdim edəcəyi gözlənilir.
Bundan əlavə yenilənmiş “Siri” də daxil olmaqla, ilk dəfə “WWDC” 2024-də nümayiş etdirilən “Apple Intelligence” sisteminin yeni xüsusiyyətlərinin də nümayişi ehtimal edilir.
Digər gözlənilən yeni funksiyalar arasında 2025-ci ildə proqram yeniləməsinin bir hissəsi kimi əlavə olunacaq “AirPods” üçün sinxron tərcümə funksiyası daxildir.
Yenilənmiş “Mac Pro” modelləri və “AirTag” coğrafi etiketlərinin “WWDC”də təqdim edilməsi mümkündür.
Qeyd edilib ki, tədbir onlayn şəkildə keçiriləcək və ilk gün iştirakçılar “Apple Park”da fərdi tədbirlərdə iştirak edə biləcəklər.
Aysel Mətləb
tag: Apple,Konfrans,Tarix,ABŞ,Şirkət,Todaypress.az,