Aralıq dənizində miqrasiya fəlakəti

Dünya

19.03.2025 15:23

2239

İtaliyanın Lampione adasının sahillərində qayığın batması nəticəsində 6 nəfərin cansız cəsədi tapılıb.   

TodayPress xəbər verir ki, bu barədə İtaliyanın “ANSA” agentliyi məlumat yayıb.   

Bildirilib ki, Afrikadan Avropaya keçməyə çalışan qeyri-qanuni miqrantları daşıyan qayığın Aralıq dənizində batması nəticəsində 6 nəfər ölüb, 40 nəfər itkin düşüb. Qayıqda olan 10 nəfər isə xilas edilib.   

Xilas olunduqdan sonra Lampeduza adasına aparılan miqrantlar ifadələrində qayıqda daha 40 nəfərin olduğunu və bu insanların dənizdə itdiyini qeyd ediblər. Bu açıqlamalara uyğun olaraq, İtaliya təhlükəsizlik qüvvələri axtarış-xilasetmə işlərini davam etdirib.   

Bildirilib ki, miqrantlar martın 16-da 56 nəfərlik qrup halında Tunisin Sfaks şəhərindən yola düşüblər.   

Xatırladaq ki, yanvarın 1-dən martın 18-dək Aralıq dənizini keçərək ölkəyə gələn qeyri-qanuni miqrantların sayı 8743 nəfər olub. Məlumatı İtaliya Daxili İşlər Nazirliyi yayıb. 

Aysel Mətləb

tag: Aralıq Dənizi,Miqrantlar,İtaliya,Qayıt,Batma,Boğulma,Todaypress.az,