Araqçi və Uitkoff birbaşa danışıqlar apardılar

Dünya

12.04.2025 20:54

18

İran və ABŞ baş müzakirəçiləri Abbas Araqçi və Stiv Uitkoff dolayı danışıqların aparıldığı binanı tərk edərkən Omanın xarici işlər nazirinin iştirakı ilə qısa görüş keçiriblər.

TodayPress  xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bildirib.

“İki saat yarımdan çox davam edən dolayı danışıqlar başa çatdıqdan sonra İran və ABŞ nümayəndə heyətlərinin başçıları danışıqları tərk edərkən Oman xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar” İran XİN-in məlumatında deyilir.

tag: ABŞ, İran, Danışıq, Abbas Araqçi, Stiv Uitkoff, XİN, todaypress.az,