Argentina prezidentinin paylaşımı başına bəla oldu

Dünya

18.02.2025 14:08

1006

Argentina Prezidenti Xavyer Miley barəsində korrupsiya iddiaları ilə başlayan məhkəmə prosesi üçün hakim təyin edilib.

TodayPress xəbər verir ki, bu barədə Argentina KİV məlumat yayıb. 

Məlumata görə, Miley ötən həftə "X" sosial media hesabında libra koini haqda paylaşım edərək, bu kriptovalyutanın kiçik biznes və startaplara maliyyə təmin edəcəyini bildirib. Miley kriptovalyutanın satıldığı linki paylaşdıqdan sonra onun qiyməti qalxıb.

Bununla belə, bir neçə saat ərzində o, postunu silib və kriptovalyutanın dəyəri kəskin şəkildə aşağı düşüb, nəticədə investorlar pullarının çoxunu itiriblər.

Argentina parlamentinin bəzi müxalif deputatları bundan sonra Mileyi vəzifəsindən uzaqlaşdırmaq üçün cinayət işi başlamağı planlaşdırdıqlarını bildirib. Onların vəkilləri məhkəməyə şikayət veriblər.

Nicat Osman

tag: Argentina, Xavyer Miley,Kriptovalyuta,Korrupsiya,Todaypress.az,