Argentina su altında qaldı
Güclü daşqınlar nəticəsində Argentinanın Bahia Blanka şəhərindən 1300-dən çox insan təcili olaraq təxliyə edilib.
TodayPress xəbər verir ki, bu barədə "Infobae" məlumat yayıb.
Daşqın əyalətdə uzun sürən leysan yağışları nəticəsində baş verib.
Hava şəraiti martın 7-si axşamdan pisləşməyə başlayıb. Nəticədə şəhərin böyük hissəsi su altında qalıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq şəhər rəhbərliyi yerli hava limanını bağlamaq qərarına gəlib.
Nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Nazirliyin nümayəndələri zərərçəkənlərə kömək etmək üçün şəhərə mülki müdafiə və xilasedicilər, eləcə də motorlu qayıqlar göndəriblər.
Türkan İsgəndərli
tag: Argentina,Sel,Fəlakət,Daşqın,Todaypress.az,