Argentina ÜST-dən çıxır
Argentina Prezidenti Xavyer Miley ölkəsinin
Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə göstəriş verib.
TodayPress xəbər verir ki, bu barədə hökumətin rəsmi
nümayəndəsi Manuel Adorni bildirib.
“Bildirmək istərdim ki, Prezident Xavyer Miley
Argentinanın Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı xarici işlər
naziri Xerardo Verteynə göstəriş verib” Adorni mətbuat konfransında deyib.
O, bu addıma səbəblər arasında ilk növbədə COVID-19
pandemiyası zamanı sanitar siyasətlər ilə bağlı dərin fikir ayrılıqlarını qeyd
edib.
tag: ÜST, Argentina, Prezident,Miley, Səhiyyə, todaypress.az,