Argentinaya qaçmış nasistlərlə bağlı məxfi sənədlər dərc edildi
Argentina hökuməti II Dünya müharibəsindən sonra bu ölkəyə qaçmış nasistlərlə bağlı məxfi sənədləri dərc edib.
TodayPress xəbər verir ki, Argentina hökumətinin saytında yeddi dosyedə 1850-dən çox sənəd yerləşdirilib.
Onların arasında əsirlər üzərində təcrübə aparan həkim Yozef Mengele, İsrail kəşfiyyatının əməliyyatı nəticəsində Argentinadan qaçırılan Adolf Eyxmann, konsentrasiya düşərgəsinin gözətçisi Edvard Roşman və gestapo zabiti Valter Kuçman haqqında sənədlər də var.
tag: Argentina,Nasistlər,Məxfi,Sənəd,Todaypress.az,