Arizona 2 təyyarə toqquşdu: Ölən var
ABŞ-nin Arizona ştatında yerləşən hava limanında iki "Bombardier Learjet Gulfstream 2100" biznes təyyarəsi toqquşub.
TodayPress xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə Skottsdel şəhərində baş verib. Nəticədə azı 1 ölüb, 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Skottsdeldə uçuşlar ləğv edilib.
Qəzanın səbəbləri araşdırılır.
Nicat Osman
tag: ABŞ,Hava limanı,Qəza,Arizona,Todaypress.az,