Asiyada güclü zəlzələlər baş verəcək - XƏBƏRDARLIQ
Çinli bir qrup seysmoloq Asiyada mümkün yeni zəlzələlər barədə xəbərdarlıq edib.
TodayPress xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Tədqiqatçıların fikrincə, Çinin özü və ətraf ərazilər risk altındadır. Risk altında olan ilk növbədə Çinin Sıçuan və Yunnan əyalətləri, həmçinin Himalay bölgəsidir.
Seysmoloji tədqiqata Pekin Zəlzələ Agentliyinin baş mühəndisi Çju Honqbin rəhbərlik edib.
Xatırladaq ki, martın 28-də Myanmada silsilə dağıdıcı zəlzələlər baş verib.
Töhfə Səməd
tag: Çin,Asiya,Zəlzələ,Risk qrupu,todaypress.az,