ATƏT-in Baş katibi hücum yerinə baş çəkdi
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində zərər dəymiş yerlərə baş çəkib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Onlara Ukrayna Silahlı Qüvvələrinin Moskva vilayətinin Vidnoye qəsəbəsinə təşkil etdiyi hücumun nəticələri göstərilib.
Qeyd edək ki, Ukrayna martın 10-u gecə saatlarında Rusiya ərazisinə 337 PUA ilə hücum edib.
Türkan İsgəndərli
tag: ATƏT,Baş KAtib,Feridun Sinirlioğlu,Moskva ,HÜcum,Todaypress.az,