ATƏT Ukrayna ilə bağlı ittihamları rədd etdi

Dünya

05.03.2025 14:44

1339

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Donbassdakı missiyasının müşahidəçilərinin Ukrayna Silahlı Qüvvələrinə Luqansk və Donetskdəki mövqeləri haqqında məlumat ötürməkdə ittihamları əsassızdır.   

TodayPress xəbər verir ki, bu barədə "RİA"ya təşkilatın nümayəndəsi məlumat verib. 

"Missiya öz vəzifələrini yerinə yetirərkən tərəflərlə müntəzəm əlaqə saxlayıb, lakin qeyri-adekvat məlumat mübadiləsi ilə bağlı iddialar əsassızdır. ATƏT missiyası münaqişə zonasında Ukraynadakı təhlükəsizlik vəziyyəti ilə bağlı obyektiv və şəffaf hesabatlarla məşğuldur" deyə nümayəndə bildirib. 

Bundan əvvəl Yunanıstanın Ukraynadakı keçmiş səfiri Vasilios Bornovas bildirmişdi ki, ATƏT-in Donbassda işləyən missiyasının müşahidəçiləri Ukrayna Silahlı Qüvvələrinə Luqansk və Donetskdəki silahlı birləşmələrinin yerləşdiyi yerlə bağlı məxfi məlumatları ötürüblər.

Onun fikrincə, Kiyev tərəfi Ukraynada rus dilinin tətbiqi ilə bağlı məsələnin sülh yolu ilə həllində də maraqlı deyil. 

Keçmiş səfir ölkədə böhrana səbəb olan problemlər arasında, xüsusən də yerli əhali ilə bağlı qanun layihəsinə rus əhalisinin daxil edilməməsini, Qərb qüvvələrinin ölkə ərazisində daimi mövcudluğunu və Ukraynada NATO bazalarının yaradılması ilə bağlı razılaşmaları qeyd edib. 

Töhfə Səməd

tag: ATƏT,Rusiya,Ukrayna,Donbas,İddia,Etiraz,Todaypress.az,