Avropa ABŞ-nin alimlərini istəyir
Kanada, Fransa və Almaniya da daxil olmaqla bir sıra ölkələr, Donald Trampın elmi tədqiqatların maliyyələşdirilməsini azaltmaq siyasəti fonunda ABŞ-ni tərk edə biləcək amerikalı alimləri cəlb etmək siyasəti yürüdürlər.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, bu ölkələr amerikalı alimləri cəlb etmək üçün elmi layihələrin maliyyələşdirilməsini artırmağı və sadələşdirilmiş immiqrasiya prosedurlarını təklif edirlər. Məsələn, Norveç hakimiyyəti beynəlxalq tədqiqatçıları ölkəyə cəlb etmək üçün 9,6 milyon dollarlıq bir fond yaradıb. Avstraliya da ABŞ tədqiqatçılarını və bu ölkəyə qayıdan avstraliyalıları cəlb etmək üçün xüsusi proqram hazırlayıb.
Kanadada isə Toronto, səhiyyə sahəsində 100 gənc alimi cəlb etmək üçün yeni bir proqram başlatmağa hazırlaşır. Fransa, Almaniya, Hollandiya və Belçika kimi digər Avropa ölkələrində də oxşar təşəbbüslər həyata keçirilib.
Qeyd olunub ki, bu siyasətlərin məqsədi, ABŞ-nin tədqiqat və inkişaf sahəsindəki liderliyini zəiflətməkdən qaçınmaq və bu sahədəki ən yaxşı mütəxəssisləri öz ölkələrinə cəlb edərək, elmi və texnoloji irəliləyişləri davam etdirməkdir.
Türkan İsgəndərli
tag: Avropa,Alim,ABŞ,Tarif,todaypress.az,