Avropa artıq Ukraynaya sülhməramlı göndərmək fikrindən yayındı
Avropa sülhməramlı
qüvvələrini Ukraynaya göndərmək fikrini dəyişib və indi Kiyevi dəstəkləmək üçün
alternativ variantlar axtarır.
TodayPress xəbər verir ki, bu
barədə “Reuters “ avropalı diplomatlara istinadən məlumat verib.
Məlumata görə adı açıqlanmayan
diplomatlardan biri avropalıların indi qoşun göndərmək fikrindən yayındığını və
daha mənalı ola biləcək bir şey tapmağa çalışdıqlarını deyib.
Digər bir mənbə isə bildirib ki,
qoşunların göndərilməsi ideyası Ukrayna daha yaxşı vəziyyətdə olduğu zaman
cəlbedici idi, lakin cəbhədəki mövcud vəziyyəti və Ağ Evə kimin rəhbərlik etdiyini
nəzərə alsaq, sülhməramlı göndərmək ideyası artıq o qədər də cəlbedici deyil.
tag: Ukrayna, Avropa, Sülhməramlı, Ağ Ev, ABŞ ,todaypress.az,