Avropa Çinlə münasibətləri yenidən nəzərdən keçirəcək

Dünya

09.04.2025 11:47

15

İspaniyanın Baş naziri Pedro Sançes ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tarifləri fonunda Avropa İttifaqını Çinlə münasibətlərinə yenidən baxmağa çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Onun sözlərinə görə, ticarət müharibəsi heç kimin maraqlarına uyğun deyil və bunda heç kim qalib gələ bilməz.   

Baş nazir hesab edir ki, Vaşinqtonun hərəkətləri Avropanı öz yanaşmasına yenidən baxmağa məcbur etməlidir.   

Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib.   

Türkan İsgəndərli

tag: Avropa,Çin,Münasibətlər,İspaniya,Todaypress.az,