Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Avropa İnvestisiya Bankı (AİB) Ukraynada
116,5 milyon avro dəyərində sosial layihələri maliyyələşdirəcək.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Baş naziri
Denis Şmıqal “Telegram” kanalında məlumat verib.
"Ukrayna və Avropa İnvestisiya Bankı energetika və
kritik infrastrukturun bərpasının maliyyələşdirilməsini nəzərdə tutan sazişlər
imzalayıb" o yazıb.
Baş nazir qeyd edib ki, AİB kritik infrastrukturun
bərpası və enerji səmərəliliyinin tətbiqi üçün 16,5 milyon avro ayırır. Daha
100 milyon avro su və istilik təchizatı obyektlərinin bərpasına, təhsil,
səhiyyə və mənzil sektorunda əsas sosial xidmətlərin modernləşdirilməsinə
yönəldiləcək.
Ukrayna Nazirlər Kabinetinin məlumatına görə, AİB-in
Ukraynadakı portfeli 4,95 milyard avro məbləğində 25 layihədən ibarətdir.
2022-ci ilin fevralından bəri 2 milyard avrodan çox vəsait ayrılıb.
tag: Baş Nazir, Ukrayna,Bank, Avro, Energetika, AİB,todaypress.az,