Avropa Komissiyası ABŞ-ni hədələdi

Dünya

10.02.2025 17:00

1568

Amerika Birləşmiş Ştatları Avropa İttifaqından (Aİ) gələn mallara əlavə rüsumlar tətbiq edərsə, Avropa Komissiyası (AK) bizneslərin, işçilərin və istehlakçıların maraqlarını qorumaq üçün lazımi cavabı verəcək.

TodayPress xəbər verir ki, bu barədə AK-nin rəsmi saytında məlumat verilib.

Bildirilir ki, komissiya hələlik Aİ mallarına əlavə rüsumlar barədə heç bir rəsmi bildiriş almayıb. Buna görə də təfərrüatlar və yazılı izahatlar olmadan ümumi bəyanatlara cavab verməyəcək. Eyni zamanda, AK belə tariflərin tətbiqini əsassız adlandırıb. 

"Aİ və ABŞ-nin transatlantik ticarət və investisiyaların qurulmasında yaratdığı dərin inteqrasiya olunmuş istehsal zəncirlərini nəzərə alsaq, bu cür siyasətlər orada qeyri-qanuni və iqtisadi cəhətdən əks-məhsuldar kimi qiymətləndirilir. Tariflər tətbiq etməklə, Birləşmiş Ştatlar öz vətəndaşlarına vergi qoyacaq, biznes üçün xərcləri artıracaq və inflyasiyaya səbəb olacaq. Üstəlik, tariflər iqtisadi qeyri-müəyyənliyi artırır, həmçinin qlobal bazarların səmərəliliyini və inteqrasiyasını pozur” deyə Avropa Komissiyası vurğulayıb.

Töhfə Səməd

tag: Aİ,Avropa Komissiyası,ABŞ,Dünya,todaypress.az,