Avropa kosmosda ABŞ-dən asılı deyil
"CSO-3" peykini daşıyan "Ariane 6" raketinin uğurla buraxılması Avropanın ABŞ-dən kosmosda asılı yox, əksinə müstəqil olduğunun sübutudur".
TodayPress xəbər verir ki, bunu Fransanın ali təhsil və tədqiqat naziri Filip Baptist deyib.
“CSO-3" peykini daşıyan “Ariane 6” kosmik suverenliyimizin sübutudur. Biz kosmik sektorda yeni qlobal reallıqla qarşılaşırıq. ABŞ prezidenti Donald Trampın "SpaceX"ın qurucusu İlon Mask ilə birlikdə Ağ Evə qayıtmasının artıq əhəmiyyətli nəticələri var" deyə o, qeyd edib.
Siyasətçi Fransa kosmik agentliyi ilə "NASA" və Beynəlxalq Kosmik Stansiya proqramı arasında əməkdaşlıq perspektivləri ətrafında qeyri-müəyyənlik olduğunu qeyd edib. "Müstəqilliyimizi və suverenliyimizi qorumaq, həmçinin təhlükəsizliyimizi təmin etmək istəyiriksə, strateji muxtariyyət vasitələri ilə silahlanmalıyıq" deyə Baptist bildirib.
Xatırladaq ki, Fransanın "CSO-3" kəşfiyyat peyki ilə birlikdə “Ariane 6” daşıyıcısının buraxılışı martın 6-da Fransa Qvianasındakı Kuru kosmodromundan həyata keçirilib.
Kosmik gəmi təxminən 800 kilometr hündürlükdə günəşlə sinxron orbitə çıxarılıb və bundan sonra raketin üçüncü pilləsi manevr edib və Yer atmosferinə daxil olub.
Töhfə Səməd
tag: Avropa,ABŞ,Peyk,Ukrayna,Todaypress.az,