Avropa Liderləri Ukraynaya gəldi

Dünya

10.05.2025 11:35

17

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Polşanın Baş naziri Donald Task və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya səfər edib.

TodayPress xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb. 

Bildirilir ki, onlar Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüblər.

Görüşdə əsas məqsəd Ukraynada sülhün bərqərar olunması və müharibənin diplomatik yolla nizamlanması imkanlarını müzakirə etmək olub.

Türkan İsgəndərli

tag: Avropa,Rusiya,Ukrayna,Almaniya,todaypress.az,