Avropa Mərkəzi Bankı baza dərəcəsini azaldır

Dünya

17.04.2025 18:35

16

Avropa Mərkəzi Bankının (AMB) İdarəetmə Şurası üç əsas faiz dərəcəsini aşağı salıb.   

TodayPress xəbər verir ki, bu barədə tənzimləyicinin saytında bildirilir. 

Aprelin 17-də qəbul edilən qərara əsasən, baza faiz dərəcəsi 25 bənd azalaraq illik 2,4%-ə çatdırılıb.

Depozitlər üzrə faiz dərəcəsi 2,25%, qısamüddətli kreditlər üzrə 2,75% təşkil edib. 

Bildirilir ki, qərar yenilənmiş inflyasiya proqnozu, baza inflyasiyanın dinamikası və pul siyasətinin effektivliyinə əsaslanır. 

Qeyd edək ki, AMB buna qədər martın 6-da keçirilən son iclasında da dərəcələri 25 baza bəndi azaltmışdı.   

Töhfə Səməd

tag: Avropa,Mərkəzi Bank,Baza Dərəcəsi,Azalma,Todaypress.az,