Avropa ölkələri müdafiə xərclərini artırır

Dünya

28.02.2025 16:15

871

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlişindən bəri müdafiə xərclərini artırmağa çalışır. 

TodayPress xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski, Yaponiyaya səfəri zamanı məlumat verib. 

Nazir bildirib ki, Ukrayna münaqişəsi Avropanın ABŞ-nin hərbi gücündən çox asılı olduğunu göstərib. 

Sikorski jurnalistlərə verdiyi açıqlamada, Trampın bundan narahat olmayacağına ümid etdiyini diqqətə çatdırıb. 

Nicat Osman

tag: Polşa,ABŞ,Radoslav Sikorski,Ukrayna,Hərbi Büdcə,Todaypress.az,