Avropa ölkələri Ukrayna ilə bağlı danışıqlara qoşuldu

Dünya

18.04.2025 09:54

14

Fransa, Almaniya və Böyük Britaniya Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara qoşulub.   

TodayPress xəbər verir ki, bu barədə "SkyNews" məlumat yayıb. 

Makronun müşaviri bildirib ki, Parisdə keçirilən görüşlər konstruktiv keçib və tərəflər mövqelərini bir qədər yaxınlaşdırıblar.

O, Avropanın bu prosesdə fəal iştirak etməsinin vacibliyini vurğulayıb. 

Xatırladaq ki, aprelin 17-də Parisdə Fransa Prezidenti Emmanuel Makron, ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Britaniyanın təhlükəsizlik üzrə müşaviri Conatan Pauell arasında görüş keçirilib.

Görüşdə Ukrayna böhranı, Yaxın Şərqdəki vəziyyət və gömrük məsələləri müzakirə olunub. 

ABŞ Dövlət Departamenti də görüşü müsbət dəyərləndirib. 

Türkan İsgəndərli

tag: Almaniya,Fransa,İngiltərə,Ukrayna,Todaypress.az,