Avropa ölkələri Ukraynaya qoşun göndərməyə hazırlaşır

Dünya

15.02.2025 14:40

1147

Bir qrup Avropa ölkəsi Rusiya ilə gələcək sülh sazişinin təmin edilməsinə kömək etmək üçün Ukraynaya qoşun göndərmək planı üzərində gizli şəkildə işləyir. 

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 

Bildirilir ki, məqsəd gələcəkdə Rusiya ilə bağlanacaq hər hansı sülh razılaşmasının icrasına nəzarət etməkdir. 

Planın hazırlanmasına Böyük Britaniya və Fransa rəhbərlik edir. 

İştirakçı ölkələr Rusiya lideri Vladimir Putinin müharibənin dayandırılması ilə bağlı danışıqlara razılıq verəcəyi ehtimalına görə öz planlarını açmaq istəmirlər.

Qeyd edək ki, Avropa dövlətləri Ukraynaya qoşun göndərmək məsələsini bir il əvvəl müzakirə etməyə başlayıblar.

Amma ABŞ Prezidenti Donald Trampın Putinlə razılığa gələcəyi narahatlığına görə prosesi sürətləndiriblər. 

Nicat Osman

tag: Ukrayna,Qoşun,Böyük Britaniya,Fransa,Rusiya,Münaqişə,Todaypress.az,