Avropa “qızıl pasport”un dayandırmasını tələb etdi
Avropa İttifaqı Ədalət Məhkəməsi Malta hökumətinin zəngin əcnəbilərə vətəndaşlıq satmaq üçün tətbiq etdiyi “qızıl pasport” proqramının qanunsuz olduğuna qərar verib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, 2022-ci ildə Avropa Komissiyası Maltanı məhkəməyə verib. Proqrama əsasən, təxminən 1 milyon avro sərmayə yatıran əcnəbilər Malta vətəndaşlığı, bununla da Avropa İttifaqı daxilində sərbəst yaşamaq və işləmək hüququ əldə edirdi.
Məhkəmə qərarında vurğulanıb ki, üzv dövlətlər vətəndaşlıq vermək qaydalarını müəyyən etsə də, bu proses sadəcə maliyyə müqabilində həyata keçirilə bilməz. Belə bir yanaşma üzv ölkələr arasında qarşılıqlı etimad prinsipini pozur.
Malta hakimiyyəti isə bildirib ki, Rusiyadan və Belarusdan olan şəxslər üçün proqram artıq Ukraynadakı müharibə fonunda dayandırılıb. Bununla belə, “Financial Times” qeyd edib ki, bir neçə sanksiya siyahısında olan rusiyalı, o cümlədən iş adamı Albert Avdolyan bu proqramdan istifadə edib.
Qiymət Mahir
tag: Avropa,Qızıl pasport,Malta,Avropa İttifaqı Ədalət Məhkəməsi,todaypress.az,