Avropa rekord həcmdə LNG idxal etdi

Dünya

02.05.2025 10:55

10

Avropa apreldə mayeləşdirilmiş təbii qaz (LNG) idxalında tarixdə ən yüksək göstəriciyə çatıb. 

TodayPress xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastrukturu məlumat yayıb.

Bildirilir ki, Avropa İttifaqının qaz sisteminə aprel ayında 12,8 milyard kubmetr LNG ötürülüb.

Bu, mart ayından 1%, ötən ilin aprelindən isə 20% çoxdur.

2025-ci ilin ilk dörd ayında Avropaya ümumilikdə 46,8 milyard kubmetr LNG tədarük olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir.

Aprelin sonuna olan məlumata görə, LNG Avropanın əsas qaz mənbəyinə çevrilib.

Rusiyadan və Ukrayna üzərindən qaz tədarükü cəmi 3,8% təşkil edib.

Şimali Afrika 8,2%, Azərbaycan 2,8% və Böyük Britaniya 2,3% paya sahib olub.

Türkan İsgəndərli

tag: LNG,Qaz,Avropa,Tədarük,todaypress.az,