Avropa Rusiya ilə müharibəyə hazırlaşır

Dünya

31.03.2025 15:35

1185

Avropa ölkələrinin yüksək rütbəli hərbçiləri, Rusiya ilə mümkün qarşıdurmaya hazırlıq görürlər. 

TodayPress xəbər verir ki, bu barədə "Figaro" qəzeti məlumat yayıb. 

Bildirilir ki, bu hazırlıqlar hibrid münaqişə və ya hərbi toqquşma ehtimalını əhatə edir. 

Məlumata görə, Avropada hərbi qüvvələr ən pis ssenariyə hazırlaşır, amma genişmiqyaslı münaqişənin baş verməsi ehtimalı azdır, çünki bu nüvə eskalasiyasına səbəb ola bilər.

Lakin, məhdud hərbi əməliyyatların baş verməsi mümkündür. 

Qeyd edək ki, Avropa ölkələri Ukrayna-Rusiya münaqişəsində Ukraynanı dəstəkləyir. 

Türkan İsgəndərli

tag: Avropa,Rusiya,Müharibə,Hazırlıq,Todaypress.az,