Avropa Siyartonun Rusiyaya səfərlərindən narahatdır

Dünya

26.03.2025 17:32

1069

Avropa İttifaqı (Aİ) rəsmiləri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartonun Rusiyaya tez-tez etdiyi səfərlərdən narahat olduqlarını bildiriblər. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin hesablamalarına görə, Siyarto son üç ildən bir qədər artıq müddət ərzində Rusiyaya 13 dəfə səfər edib.

Bu fəallıq isə Aİ-dəki həmkarlarında şübhə və narahatlıq yaradıb. Siyarto növbəti səfərini martın 27-də gerçəkləşdirəcək.

Nazir bu səfər çərçivəsində Rusiya hökumət üzvləri ilə görüşlər keçirəcək.

Tərəflər arasında Ukrayna münaqişəsinin həlli, eləcə də energetika da daxil olmaqla ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. 

Qiymət Mahir

tag: Avropa,Macarıstan,Rusiya,Səfər,Peter Siyarto,Todaypress.az,