"Avropa siyasi sistem dağılmaq üzrədir"

Dünya

08.03.2025 15:30

972

"Avropa ölkələrində siyasi sistem dağılmaq üzrədir, çünki xalq öz hökumətlərinin siyasətini bəyənmir".   

TodayPress xəbər verir ki, bu barədə Yunanıstanın keçmiş Baş naziri Antonis Samaras ölkə parlamentində bildirib. 

“Görünür, Avropa xalqları öz hökumətlərinin son illərdə yeritdiyi siyasəti bəyənmirlər. Buna görə də hakimiyyətdə olan hökumətlər devrilir” Samaras qeyd edib. 

Keçmiş Baş nazir əlavə edib ki, yeni Amerika liderinin seçilməsi Aİ siyasətinin iflasına səbəb olmasa da, Avropa sisteminin qüsurlarını üzə çıxarıb. 

Türkan İsgəndərli

tag: Avropa İttifaqı,ABŞ,Yunanıstan,Antonis Samaras,Todaypress.az,