Avropa süni intellektdən istifadəni qadağan edir
Avropa Komissiyası (AK) biznes və istehlakçılar üçün getdikcə populyarlaşan ünsiyyət vasitəsinə çevrilən süni intellekt (AI) ilə işləyən virtual köməkçilərin onlayn görüşlərdə istifadəsinə qadağa qoyub.
TodayPress xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Qəzet iddia edir ki, iclasdan əvvəl ekranlarda "AI agentlərinin istifadəsinə icazə verilmir" yazısı görünür. AK bu qaydanı ötən həftə tətbiq etdiyini etiraf etsə də, qərarın qəbul edilməsinin səbəbləri barədə ətraflı məlumat verməyib.
"Politico" nəşri Brüsselin süni intellekt agentlərinin gündəlik həyatda və biznesdə istifadə ediləcəyi dövrə hazırlaşmağa artıq başladığını nəzərə alaraq, Avropa İttifaqının icraedici orqanının bu addımını gözlənilməz və qəribə adlandırıb.
Töhfə Səməd
tag: Avropa İttifaqı,Süni İntellekt,İstifadə,Qadağa,Todaypress.az,